Orenburqdakı Azərbaycan diasporunun rəhbəri Yaşar Məsimovun APA-nın Rusiya bürosuna verdiyi məlumata görə, hadisə zamanı 1980-ci il təvəllüdlü Quliyev Hatəm (Namiq) Akif oğlu, onun 3 yaşlı qızı Leyla və 6 yaşlı oğlu Eysevər, habelə 47 yaşlı Əmrah (soyadı dəqiqləşdirilməyib) ölüb.

Xəsarət alanlar isə 8 yaşlı Quliyeva Sevinc Zaur qızı, 19 yaşlı Quliyeva Aytən Eysevər qızı, 26 yaşlı Quliyeva Sadəqət Eysəvər qızı, 49 yaşlı Quliyeva Sevinc Şiraslan qızı və 82 yaşlı İzzət Quliyevadır.

Y. Məsimov yanğında həyatını itirən Leyla və Əmrah Quliyevlərin Rusiya vətəndaşı, qalanların isə Azərbaycan vətəndaşı olduğunu söyləyib. Onun sözlərinə görə, xəsarət alanlardan üçünün - Səadət Quliyeva, Sevinc Quliyeva və İzzət Quliyevanın vəziyyəti ağırdır: "Hazırda onlar komadadır. Həkimlərin onların yaşamaq şansının çox az olduğunu bildirirlər".