Rusiyada telefon və üst geyimlərin təyyarəyə keçirilməsi pullu ola bilər

Rusiyada telefon və üst geyimlərin təyyarəyə keçirilməsi pullu ola bilər

Rusiya Nəqliyyat Nazirliyi sərnişin və baqaj daşınmasına dair yeni aviasiya qaydalarını təklif edib.

Aktual.az-ın Report-a istinadən verdiyi məlumata görə, yeni qaydalar əl yükünün minimal çəkisinin 5 kiloqram olmasını nəzərdə tutur.

Bununla belə, sərnişin özü ilə göyərtəyə əlavə ödəniş olmadan götürə biləcəyi əşyaların siyahısından üst geyimləri, çətir, noutbuk, mobil telefon, fotoaparat və videokamera çıxarılıb.

Dəyişikliklərin Federasiya Şurası tərəfindən razılaşdırılması və qaytarılmayan aviabilet alındıqda pulsuz baqaj daşınmasının ləğvi barədə qanunun prezident tərəfindən imzalandıqdan sonra qüvvəyə minməsi ehtimal olunur.
 

Aktual.az

Xəbər 270 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR