Rusiyada internetə smartfonla daxil olanların sayı açıqlandı

Rusiyada internetə smartfonla daxil olanların sayı açıqlandı

Əksər rusiyalılar internetə çıxış üçün smartfondan istifadə etməyə üstünlük verir.

Aktual.az lent.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın rabitə və kütləvi kommunikasiyalar naziri Nikolay Nikiforov bildirib.
O, mobil internet istifadəçilərinin sayının artdığını qeyd edib və bu əlaməti texniki inqilab adlandırıb. Nikiforov xatırladıb ki, 2012-ci ildə rusiyalıların yalnız 12 faizi şəbəkəyə smartfon vasitəsilə daxil olurdu. 2018-ci ildə bu göstərici 70 faiz təşkil edir. Bu müddət ərzində mobil trafikin həcmi 90 faiz artıb.Nazirin sözlərinə görə, Rusiyada mobil trafikin qiyməti dünyada ən ucuzlardan biridir. Bu, ABŞ-dakı qiymətlərdən 10 dəfə, Almaniyadakı qiymətlərlə müqayisədə iki dəfə, Cənubi Afrika Respublikasındakı qiymətlərdən isə iki dəfə ucuzdur.
 
Aktual.az
Xəbər 334 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR