Rusiyada "halal turizm" - İranlılar bu ölkəyə axışır

Rusiyada

Son zamanlar İran vətəndaşlarının Rusiyaya axını müşahidə olunur.

Publika.az xəbər verir ki, buna səbəb "Rus qonaqpərvərliyi” adı ilə keçirilən aksiyadır. Bu aksiyada əsasən "halal turizm” prinsiplərinə dəqiq əməl olunur.
Üstəlik, tur-paketlərdə komfortlu nəqliyyat və fars dilini bilən bələdçilər iranlıların diqqətini bu ölkəyə çəkib.
"Halal turizm” qaydalarına görə, otellərdə qadınlar və kişilər üçün ayrı hovuz və çimərliklər olur. Spa mərkəzləri də qadınlara və kişilərə görə ayrılır. Alkoqollu içkilər verilmir. Bütün qida və əşyalar halal standartlarına uyğun istehsal olunur. Ramazan ayında müştərilərin orucdan sonra dənizdən istifadə etmələri üçün çimərliklər işıqlandırılır.
Qeyd olunur ki, hazırda təkcə Rusiyanın əsas şəhərlərində deyil, digər bölgələrində də "halal turizm” tətbiq ediləcək.
 
Aktual.az
Xəbər 436 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR