Rusiyada azərbaycanlılar atəşə tutulub – Ölən və yaralananlar var

Rusiyada azərbaycanlılar atəşə tutulub – Ölən və yaralananlar var

Rusiyanın Volqoqrad şəhərində silahlı insident nəticəsində iki azərbaycanlı yaralanaraq koma vəziyyətinə düşüb.

"Report” "İnterfax”a istinadən xəbər verir ki, bunu Rusiya Daxili İşlər Nazirliyinin region üzrə idarəsinin mətbuat xidmətinin nümayəndəsi Anton Kornauxov bildirib.
Hadisə axşam saat 20:00 radələrində şəhərin Krasnoarmeysk rayonu ərazisində, Qeroyev Stalinqrad prospektində baş verib. "Russki çay” kafesi qarşısında duran 2 azərbaycanlı, 1 rus və 1 çeçenə yolsuzluq avtomobili ilə əraziyə gələn və qafqazlı olduqları ehtimal edilən şəxslər tərəfindən atəş açılıb. Tərəflər arasında həmçinin əlbəyaxa dava və bıçaqlaşma olub. Nəticə rusiyalı olduğu bildirilən 25 yaşlı gənc aldığı güllə yarasından keçinib. Çeçen və iki Azərbaycan əsilli şəxs ağır yaralanaraq xəstəxanaya yerləşdirilib. Hazırda onların koma vəziyyətində olduqları bildirilir. Qarşı tərəf avtomobilə minərək ərazidən uzaqlaşıb. Şəhərdə "Ələkeçirmə” planı elan edilib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hadisənin səbəbləri araşdırılır.
 
Aktual.az
Xəbər 517 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR