Rusiyada azərbaycanlı iş adamları öldürüldü - 17 milyon apardılar

Rusiyada azərbaycanlı iş adamları öldürüldü - 17 milyon apardılar

Rusiyanın Krasnodar şəhərində iki azərbaycanlı iş adamı qətlə yetirilib.

Aktual.az  lent.az-a istinadən xəbər verir ki, onlar yaşadıqları evin liftində öldürülüblər.

Yerli polis artıq 2 şübhəlini saxlaya bilib. Onlardan biri polis işçisidir. Digəri isə həmin  iş adamlarının şirkətinin əməkdaşı olub.
 
İstintaq nəticəsində məlum olub ki, azərbaycanlı biznesmenlər həmin gün Moskvaya yola düşməliymişlər. Onların üstündə isə 17 milyon rubl (təxminən 280 min dollar) pul olub. İlkin ehtimala görə, bu barədə şirkətin əməkdaşı da xəbərdar imiş.
 
Hazırda istintaq davam etdirilir.
 
Aktual.az 
Xəbər 603 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR