Rusiyada azərbaycanlı ermənini ölümcül döyüb

Rusiyada azərbaycanlı ermənini ölümcül döyüb

Rusiyanın Saxalin vilayətində hüquq-mühafizə orqanları Azərbaycan vətəndaşını qısqanclıq zəminində ermənini ölümcül döyməkdə şübhəli bilir.

Aktual.az-ın məlumatına görə, bu barədə Report Rusiya KİV-inə istinadən xəbər verir.
Avqustun 15-də xəstəxanaya ürəyin cırılması ilə nəticələnən döş qəfəsinin küt travması nəticəsində ölən erməni gətirilib. Faktla bağlı cinayət işi açılıb. Şübhəli şəxs ehtiyatsızlıqdan insan ölümü ilə nəticələnən qəsdən sağlamlığa ağır zərərvurma maddəsi üzrə ittiham edilir. İşlə bağlı polis artıq şübhəli şəxs qismində 37 yaşlı Azərbaycan vətəndaşını saxlayıb.
İstintaqın versiyasına görə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə həbsxanada cəzasını çəkdikdən sonra azadlığa çıxan erməni 22 ildən çox birgə yaşadığı və iki övladının olduğu Cənubi Saxalindən olan qadının başqa kişi - azərbaycanlı ilə yaşadığını öyrənib. Sonradan qadın azərbaycanlıdan ayrılıb, amma o, qadına zəng etməyə, ona baş çəkməyə davam edib.
Avqustun 15-də ölən şəxs birgə yaşadığı qadınla Novotroitskoyedəki tanışlarının evinə qonaq gediblər. Şübhəli şəxs isə dostları ilə ora gedərək ermənini söhbətə çağırıb. Sonuncu evdəki daha bir qonaqla bayıra çıxanda şübhəli şəxs dostları ilə onları döyməyə başlayıb. Bundan sonra iş üzrə fiqurantlar gəldikləri avtomobillərə əyləşərək hadisə yerini tərk edib.
Cinayət işinin istintaqı davam edir.
 
Aktual.az
Xəbər 102 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR