Rusiyada azərbaycanlı ermənini döyərək öldürüb

Rusiyada azərbaycanlı ermənini döyərək öldürüb

Rusiyanın Saxalin vilayətində Azərbaycan vətəndaşı mühakimə olunacaq.

"Report” xəbər verir ki, Anivski rayon prokuroru ona qarşı irəli sürülən "İnsan həyatı üçün təhlükəli olan sağlamlığa qəsdən ağır zərər yetirmə, ehtiyatsızlıqdan ölümə səbəb olma" maddəsi üzrə ittiham aktını təsdiq edib.
Hadisə ötən il avqustun 15-də Anivski rayonunun Novotroits kəndindəki evlərdən birinin qarşısında baş verib. Müttəhim öz tanışı ilə 51 yaşlı Ermənistan vətəndaşının müxtəlif nahiyələrinə azı 20 zərbə endirib. Nəticədə ağır kəllə-beyin travması alan şəxs hadisə yerində keçinib.
Müttəhim günahını tam etiraf edib. Cinayətin digər iştirakçısı istintaq orqanlarından gizlənib və hazırda axtarışdadır.
Cinayət işi mahiyyəti üzrə baxılması üçün Anivski rayon məhkəməsinə göndərilib.
 
Aktual.az
Xəbər 139 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR