Rusiyada axtarışda olan azərbaycanlı saxlanıldı

Rusiyada axtarışda olan azərbaycanlı saxlanıldı

Rusiya Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarışı İdarəsinin əməkdaşları federal axtarışda olan 35 yaşlı Azərbaycan vətəndaşını həbs edib.


Aktual.az "Report"a istinadən xəbər verir ki, adı açıqlanmayan azərbaycanlı ağır və xüsusilə ağır cinayətlər törətdiyinə görə axtarışda olub.
Həbs Smolensk əyalətində dövlət sərhədini keçid zamanı baş verib. Azərbaycan vətəndaşı qatarla Rusiya ərazisinə daxil olmağa çalışıb, özü də yoxlanış zamanı saxta sənədlər təqdim edib.
Saxta sənədlərdən istifadə faktı ilə bağlı materiallar Rusiya DİN-in tərkibindəki nəqliyyat polisinə göndərilib.

Xəbər 360 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR