Rusiyada avtobus qatarla toqquşdu, 17 nəfər öldü

Rusiyada avtobus qatarla toqquşdu, 17 nəfər öldü
  • DÜNYA

Rusiyanın Vladimir vilayətində avtobusun qatarla toqquşması nəticəsində azı 17 nəfər ölüb.

Aktual.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, qəza Vladimir vilayətinin Petuşinski rayonundakı Pokrov dəmiryolu stansiyasının ərazisində baş verib. Məlumata görə, yol hərəkət qaydalarını kobud şəkildə pozan avtobus dəmir yolu keçidini keçərkən Sankt Peterburq-Nijni Novqorod marşrutu üzrə hərəkət edən sərnişin qatarı ilə toqquşub.
Qazaxıstandan gələn avtobusda 56 nəfərin olduğu bildirilir. Qəza yerli vaxtla saat 03.30-da (Bakı vaxtı ilə 04.30-da) baş verib. Məlumata görə, avtobusdakı sərnişinlər Özbəkistan vətəndaşları olub.
 

Aktual.az

Xəbər 243 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR