Rusiyada Afrika taununa yoluxan 1500 donuz məhv ediləcək

Rusiyada Afrika taununa yoluxan 1500 donuz məhv ediləcək
  • DÜNYA

Rusiyanın Krasnoyarsk vilayətində Afrika taunu aşkar edilən bölgədə minə yaxın, yardımçı təsərrüfatlarda isə 500 donuz məhv ediləcək.

APA-nın xəbərinə görə, bu barədə RİA Novosti Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətin regional şöbəsinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Mətbuat xidmətindən bildirilir ki, xəstəliyin aşkar edildiyi ərazidə dezinfeksiya işləri aparılacaq, torpağın zəmin qatı götürüləcək, az əhəmiyyətli taxta tikililər məhv ediləcək. Sahibkarlar heyvanın kiloqramına görə təxminən 140 rubl (təxminən 4 manat) kompensasiya alacaqlar.


Aktual.az
Xəbər 267 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR