Rusiya XİN: "Yerusəlim Fələstin və İsrailin paytaxtı olmalıdır"

Rusiya XİN:

"Rusiyanın Yerusəlimin statusu ilə bağlı mövqeyi dəyişilməz olaraq qalır. Bu şəhər iki müstəqil dövlətin - Fələstin və İsrailin paytaxtı olmalıdır".

Aktual.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

"Rusiyanın Yerusəlimlə bağlı mövqeyinin dəyişilməz olduğunu təsdiqləmək istəyirəm. Şəhər iki müstəqil dövlətin - Fələstin və İsrailin paytaxtı və bütün üç təkallahlı dinlərin nümayəndələri üçün açıq olmalıdır", - deyə Rusiya XİN sözçüsü qeyd edib.
 
Aktual.az 
Xəbər 542 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR