Rusiya XİN: Lapşinin məsələsi Azərbaycanla işgüzar əsasda həll olunacaq

Rusiya XİN: Lapşinin məsələsi Azərbaycanla işgüzar əsasda həll olunacaq

”Bloger Aleksandr Lapşinin məsələsi Azərbaycanla işgüzar əsasda həll olunacaq”.
 
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.  

”Hesab edirəm ki, bu məsələ də, ikitərəfli münasibətlərdə yaranan digər məsələlər kimi, işgüzar əsasda həll olunmalıdır. Daha çətin məsələlər olur. Əlbəttə ki, Rusiya vətəndaşının taleyi ilə bağlı məsələ prioritetdir. Lakin bir daha qeyd etmək istəyirəm ki, bütün bunlar işgüzar əsasda həll olunacaq. Biz belə hesab edirik”, - deyə M. Zaxarova söyləyib.
 
Aktual.az
Xəbər 566 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR