Rusiya XİN: İŞİD-lə mübarizədə istənilən addımları təqdir edirik

Rusiya XİN: İŞİD-lə mübarizədə istənilən addımları təqdir edirik
  • DÜNYA

"Moskva İŞİD-lə mübarizədə istənilən addımları təqdir edir"

APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Suriyanın Raqqa şəhərinin terrorçulardan azad edilməsi əməliyyatı ilə əlaqədar deyib. 
 
"İŞİD-lə mübarizədə istənilən uğuru müsbət qarşılayırıq. Bu baxımdan Raqqada əldə olunanlar irəliyə doğru addımdır", - deyə o vurğulayıb. 
 
Qeyd edək ki, Raqqa şəhərinin terrorçulardan azad edilməsi əməliyyatı beynəlxalq koalisiyanın köməyi ilə müxalif "Suriya Demokratik Qüvvələri" tərəfindən keçirilib.
 
Aktual.az
Xəbər 299 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR