Rusiya XİN-dən öz vətəndaşlarına Yerevanla bağlı xəbərdarlıq

Rusiya XİN-dən öz vətəndaşlarına Yerevanla bağlı xəbərdarlıq

Rusiya Xarici İşlər Nazirliyi Yerevanda olan Rusiya vətəndaşlarına insanların kütləvi toplaşdığı yerlərdən uzaq durmağı tövsiyə edib.

Aktual.az-ın Trend-ə istinadən məlumatına görə, bu müraciət Yerevanda davam edən iğtişaşlarla əlaqədar edilib.
Hazırda Ermənistan parlamenti yaxınlığında polislə etirazçılar arasında qarşıdurma davam edir. Son məlumatlara görə, iğtişaşlar nəticəsində 3 polis əməkdaşı xəsarət alıb. Bundan başqa, etirazçılar arasında da xəsarət alanların olduğu deyilir.
Qeyd edək ki, bu gün Yerevanda Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın baş nazir vəzifəsinə namizədliyinin verilməsinə qarşı etirazlar başlayıb.
 
Aktual.az
Xəbər 587 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR