Rusiya XİN-dən aprel hadisələrinin ildönümü ilə bağlı - Bəyanat

Rusiya XİN-dən aprel hadisələrinin ildönümü ilə bağlı - Bəyanat

Rusiya Xarici İşlər Nazirliyi (XİN) ötən ilin aprel ayında Dağlıq Qarabağda münaqişənin eskalasiyasının ildönümü ilə bağlı bəyanatla çıxış edib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə ATƏT-in Minsk qrupu həmsədrləri və beynəlxalq təşkilatlar tərəfindən Dağlıq Qarabağ regionunda, Ermənistan-Azərbaycan sərhədində qoşunların təmas xəttində aprel eskalasiyasından sonra vəziyyətin stabilləşməsi üçün aktiv səylər göstərildiyini bildirib.

Onun sözlərinə görə, həmsədrlər və digər vasitəçilər tərəflərin danışıqlar prosesinə qayıtması üçün əllərindən gələni ediblər: "2016-cı ilin Vyana və Sankt-Peterburq sammitləri bu münaqişənin nizamlanmasına həsr olunub. Ümid edirik ki, tərəflər danışıqlar masasına qayıdacaq, dayanıqlı nizamlanmaya istiqamətlənən dialoqu bərpa edəcəklər".

M. Zaxarova bu istiqamətdə işin davam etdirildiyini də bildirib.
 
Aktual.az
Xəbər 344 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR