Rusiya Xarici İşlər Nazirliyi Xəzərlə bağlı bəyanat yaydı

Rusiya Xarici İşlər Nazirliyi Xəzərlə bağlı bəyanat yaydı

Moskva Xəzərin hüquqi statusu ilə bağlı razılaşdırılmış kenvensiyalar mətninin tezliklə qəbulunu prioritet sayır.

Trend-in məlumatına görə, bu, Rusiya Xarici İşlər Nazirliyinin bu gün yaydığı bəyanatda bildirilir.
Qeyd edək ki, bəyanat Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin növbəti görüşü ərəfəsində yayılıb. Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin iştirakı ilə iclas dekabrın 4-5-də Moskvada keçiriləcək.
Məlumatda daha sonra qeyd edilir ki, Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan xarici siyasət nazirlərinin görüşü 7-ci dəfədir keçirlir.
Bildirilir ki, görüşdə əsas diqqət Xəzərin hüquqi statusu haqqında konvensiyaya yönələcək.

Aktual.az
Xəbər 352 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR