Rusiya və Qazaxıstan arasında sərhəd QALMAQALI

Rusiya və Qazaxıstan arasında sərhəd QALMAQALI
  • DÜNYA

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Novosibirsk vilayəti üzrə sərhəd idarəsi Rusiya və Qazaxıstan arasındakı sərhəd qalmaqalına aydınlıq gətirib.

Publika.az "RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, idarə sərhəd xəttində heç bir dəyişikliyin olmadığını bildirib.
Qeyd edilib ki, gölün tamamilə Qazaxıstan ərazisində qalması onun quruması ilə bağlıdır.
Daha əvvəl Novosibirsk vilayətinin Kupinsk rayonunun administrasiyasından bildiriblər ki, demarkasiyaya qədər Sladkoe gölünün bir hissəsi Rusiyada idi, amma göl indi tamamilə Qazaxıstanın ərazisindədir.
Sonra Qazaxıstanın Rusiyadakı səfirliyinin mətbuat xidməti bildirib ki, sərhəd əvvəlki kimi qalır.
"Google Maps"in məlumatına əsasən, gölün səthinin sahəsi 45 hektardır. Daha əvvəl bunun 14 hektarı Rusiyanın ərazisinə düşüb.
 
Aktual.az
Xəbər 388 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR