Rusiyanın xarici işlər naziri Sergey Lavrov və iranlı həmkarı Məhəmmədcavad Zərif bu həftənin sonunda Türkiyəyə səfər edəcəklər.
Aktual.az Report-a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
Onun sözlərinə görə, 3 ölkənin XİN başçıları Antalyada görüşəcəklər.
Nazirlər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya rəhbəri Vladimir Putin və İran prezidenti Həsən Ruhaninin noyabrın 22-də Rusiyanın Soçi şəhərində keçiriləcək üçtərəfli sammitində müzakirə olunacaq məsələlərin detallarını nəzərdən keçirəcəklər.
Qeyd edək ki, üç ölkənin lideri Suriyadakı və bölgədəki vəziyyət müzakirə edəcək.
Aktual.az
Xəbər 256 dəfə oxunub.