Rusiya Ukraynadan göndərilən taxılı Azərbaycana buraxmadı

Rusiya Ukraynadan göndərilən taxılı Azərbaycana buraxmadı

Ukraynadan Azərbaycana göndərilən 67 ton bişməmiş taxıl (səməni mayası) ölkəyə təyinatı üzrə çatdırılmayıb.

Aktual.az  report-a istinadən xəbər verir ki, Rusiya-Azərbaycan sərhədində Rusiya Fitosanitariya və Baytarlığa Nəzarət Federal Xidmətinin Dağıstan bölməsi Ukraynadan Azərbaycana göndərilən taxılı sərhəddə saxlayıb.

Qurumun məlumatına görə, yük fitosanitariya yoxlanışını keçməyib. Məhsulun keyfiyyət sertifikatının vaxtı isə bitib.

Bununla əlaqədar, Ukraynadan göndərilən bişməmiş taxılın Azərbaycana girişi qadağan edilib.
 

Aktual.az

Xəbər 497 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR