Rusiya Türkiyədən gətirilən bəzi məhsullara qarşı embarqonu götürdü

Rusiya Türkiyədən gətirilən bəzi məhsullara qarşı embarqonu götürdü

Rusiya Türkiyəyə qarşı saksiyalarını yüngülləşdirib.

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, Rusiya hökuməti Türkiyədən soğan, rəngli kələm, brokkoli, eləcə də qərənfil idxalına qadağanı ləğv edib.

Qeyd edək ki, 2016-cı ilin oktyabrında Rusiya bəzi Türkiyə meyvələrinin idxalına da icazə verib.

Xatırladaq ki, 2016-cı il yanvarın 1-də Rusiya Türkiyədən bir sıra kənd təsərrüfatı mallarının ölkəyə idxal olunmasına qadağa qoyub. 2015-ci ilin noyabrında Rusiya qırıcısının Türkiyə tərəfindən məhv edilməsindən sonra rəsmi Ankara və Moskva arasında münasibətlər qəfil pisləşib və sözügedən qərar bu hadisələrin fonunda qəbul edilib.

Aktual.az
Xəbər 392 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR