Rusiya səfirindən ÜAK-la bağlı AÇIQLAMA

Rusiya səfirindən ÜAK-la bağlı AÇIQLAMA

Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) bağlanması ilə bağlı məsələyə münasibət bildirib.

Aktual.az APA-ya istinadən xəbər verir ki, səfir Rusiya-Azərbaycan münasibətlərinin dəyərinin çox böyük olduğunu qeyd edib.
 
Səfir bildirib ki, bütün təşkilatlar fəaliyyət göstərdiyi ölkənin qanunlarına uyğun hərəkət etməlidir.
 
"Mən bu mövqeyi dəstəkləyirəm. Ümumrusiya Azərbaycan Konqresinə Ədliyyə Nazirliyi tərəfindən məktub göndərilib, hamısı cavabsız qalıb. ÜAK-la bağlı məsələnin bizim münasibətlərinə heç bir təsiri olmayacaq. Azərbaycan-Rusiya münasibətlərini inkişaf etdirmək lazımdır", - deyə diplomat vurğulayıb.
 
Aktual.az
Xəbər 76 dəfə oxunub.



YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR