Rusiya səfiri: "Lapşin işinin obyektiv və ədalətli həllinə inanırıq"

Rusiya səfiri:

"Azərbaycan tərəfi Rusiya-Azərbaycan razılaşması üzrə öhdəliklərini yerinə yetirib".

Aktual.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin "İnterfaks-Azərbaycan"a müsahibəsində bloqer Aleksandr Lapşinin işi ilə bağlı məsələyə münasibət bildirərkən deyib.
 
O qeyd edib ki, səfirlik Rusiya vətəndaşının saxlanması ilə bağlı vaxtında məlumatlandırılıb: "Fevralın 9-da, yəni, demək olar ki, bizim sorğumuzun göndərilməsindən bir gün sonra konsulluq işçisi Lapşinlə görüşüb. Gördük ki, həmin şəxsin saxlanma şəraiti normaldır, onun şikayəti yoxdur, vəkil müdafiəsi ilə təmin olunub. Səfirlik beynəlxalq hüquq normalarına və Azərbaycan-Rusiya razılaşmalarına uyğun olaraq Lapşin işinin obyektiv və ədalətli həllinə inanır".
 
Aktual.az
Xəbər 525 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR