Rusiya prezidenti qızları barədə danışıb

Rusiya prezidenti qızları barədə danışıb

 Rusiya prezidenti Vladimir Putin qızlarının ölkəni necə yaxşı etmək barədə onunla müzakirə aparmalarından danışıb.

 "Report” xəbər verir ki, bunu o, Andrey Kondraşovun "Odnoklassniki” sosial şəbəkəsinə yerləşdirilən filmində söyləyib.
O, həmçinin qızlarına qarşı heç də həmişə tələbkar olmadığını qeyd edib.
"Yəqin ki, ola bilsin həmişə deyil, amma tələbkar olmaq sevməmək anlamına gəlmir”, — deyə Putin vurğulayıb.
Prezidentin sözlərinə görə, o, qızlarına valideynlərinin ona arzuladığı kimi, uğurlar diləyir.
"Mən eyni şeyi qızlarıma arzu edirəm. Onlar çalışırlar, çox işləyirlər. İşə yanaşmalarından çox razıyam. Çox çalışqandırlar. Öz ölkələrini çox sevirlər, onunla qürur duyurlar, mənimlə bu barədə danışarkən, ölkəni necə yaxşı etmək barədə düşünürlər”, — deyə Putin əlavə edib.

Xəbər 178 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR