Rusiya NATO ölkələrini internetsiz qoyacaq

Rusiya NATO ölkələrini internetsiz qoyacaq
  • DÜNYA

Rusiya Avropa ilə ABŞ-ı bir-birinə bağlayan və internetin təminatı üçün lazım olan nəqliyyat qovşaqlarını təhlükə altında saxlayır.

Aktual.az Publika.az-a istinadən xəbər verir ki, bu sözləri İngiltərənin Baş Qərargah rəisi Stüart Vilyam Pic deyib.
Londonun Birləşmiş Xidmətlər Universitetində çıxış edən general İngiltərə və NATO-dakı müttəfiqlərinin dənizin dərinliklərində yerləşən intenet naqillərinin təhlükəsizliyini təmin etmək üçün hərəkətə keçməsini istəyib.
O bildirib ki, Rusiya həm sulatı, həm də nüvə donanmasını ənənəvi olmayan müharibə vasitələri ilə yeniləndirir və informasiya müharibəsini sürdürmək istəyir. Buna görə də İngiltərə və müttəfiqləri bu planları anlamalı və qarşısını almaq üçün hərəkətə keçməlidir:
"Sualtı kabellərin hücuma məruz qalması və ya zərər görməsi həyat tərzimizə yeni bir təhdiddir. Onların hər hansı bir şəkildə dəyişikliyə uğraması və kəsilməsi iqtisadiyyata dərhal zərbə endirəcək və potensial bir fəlakətə yol açacaq.
Rusiyanın milli qazanclarını müdafiə etmək arzusu ciddi bir təhlükədir. İngiltərənin donanmasını inkişaf etdirmək və müharibə qabiliyyətlərini genişləndirmək cəhdləri illər içində deyil, aylar içində həyata keçirilməlidir”.
"Policy Exchange” adlı qurumun araşdırmalarına görə qlobal ünsiyyətin 97%-i və gündəlik maliyyə işlərinin 10 trilyon dollarlıq hissəsi su altında yerləşən naqillər vasitəsilə təmin edilir.
 
Aktual.az
Xəbər 294 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR