"Rusiya işi" ilə bağlı İTTİHAM - Həbslər başlayacaq

  • DÜNYA

ABŞ-da Rusiyanın 2016-cı il prezident seçkilərinə müdaxiləsi və Donald Trampın komandasının Rusiya ilə gizli əlaqələrinə dair təhqiqat aparan xüsusi prokuror Robert Müller ilk ittihamlarını irəli sürüb.
Aktual.az APA
-ya istinadən xəbər verir ki, bu barədə CNN məlumat yayıb. İttihamlar Vaşinqtondakı Böyük Jüri tərəfindən təsdiqlənib. Lakin federal hakimin qərarına əsasən cinayət işinin materiallarının əldə edilməsinə məhdudiyyət qoyulub. Bu səbəblə ittihamların xarakteri, eləcə də iş üzrə adı keçən şəxslərin kimliyi və sayı bəlli deyil. Lakin oktyabrın 30-dan etibarən ilk həbslərin başlayacağı bildirilir.
 
R. Müllerin nümayəndəsi şərh verməkdən imtina edib.  
 
Aktual.az 
Xəbər 58 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR