Rusiya iqtisadiyyatının bərpası region ölkələrinə müsbət təsir edəcək - AMB

Rusiya iqtisadiyyatının bərpası region ölkələrinə müsbət təsir edəcək - AMB

Azərbaycanın ticarət tərəfdaşlarının bir çoxunun yer aldığı MDB ölkələrində iqtisadi proqnozlar ötən illə müqayisədə yaxşılaşıb.

Aktual.az  APA-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2017-ci ilin yanvar-iyun ayları üzrə Pul Siyasəti İcmalında qeyd olunub.

İcmalda vurğulanıb ki, 2017-ci ildə bu ölkələr qrupu üzrə ümumi artımın 1,7% olacağı proqnozlaşdırılır.

"Son 2 ildə resessiya yaşayan Rusiyanın 2017-ci ildə 1,4%-lik artımla tənəzzül zolağından çıxacağı gözlənilir. Yaxşılaşan maliyyə şəraiti, məcmu tələbin canlanması və stabil neft-qaz qiymətləri iqtisadi dirçəlişi şərtləndirən əsas amillərdir. Rusiyadakı bərpa prosesinin investisiya, ticarət kanalları və pul baratları vasitəsilə digər region ölkələrinə də müsbət təsir göstərəcəyi ehtimal olunur", - sənəddə qeyd edilib.
 

Aktual.az 

Xəbər 259 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR