Rusiya “Eurovision-2018” mahnı müsabiqəsindən kənarlaşdırıla bilər

Rusiya “Eurovision-2018” mahnı müsabiqəsindən kənarlaşdırıla bilər

Avropa Yayım İttifaqı Rusiyanın "Eurovision-2018” mahnı müsabiqəsindən kənarlaşdırılması məsələsini nəzərdən keçirəcək.   
 
APA-nın xəbərinə görə, bu barədə Lenta.ru-ya  AYİ-dən bildirilib. Qurumdan həmçinin bildirilib ki, "Eurovision-2017”-nin keçirilməsi hazırda əsas prioritet təşkil edir: "Yaranan vəziyyətlə bağlı qərarlar müsabiqədən sonra veriləcək”.  
 
Avropa Yayım İttifaqı (European Broadcasting Union-EBU) bundan əvvəl rəsmi şəkildə Rusiyanın "Eurovision-2017” mahnı müsabiqəsində iştirak etməyəcəyini təsdiqləyib. "Təəssüf ki, "Birinci kanal” rəhbərliyi "Eurovision-2017” mahnı müsabiqəsini yayımlamayacağını bəyan edib. Bu isə o deməkdir ki, Rusiya bu il müsabiqədə iştirak edə bilməyəcək”, - deyə bəyanatda qeyd olunub.   
 
Qeyd edək ki, Rusiyanın "Eurovision-2017”-dəki təmsilçisi  Y.Samoylova Krımda konsertlə çıxış etdiyinə görə, rəsmi Kiyev onun ölkəyə girişinə qadağa qoyub. Müğənni  Rusiyanı "Eurovision-2017”–də  "Flame Is Burning" mahnısı ilə təmsil edəcəkdi.  
 
Aktual.az
Xəbər 123 dəfə oxunub.



YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR