Rusiya Ermənistanda və Abxaziyada hərbçilərin qəfil yoxlanışına başlayıb

Rusiya Ermənistanda və Abxaziyada hərbçilərin qəfil yoxlanışına başlayıb

Rusiya Cənub Hərbi Dairəsində (CHD) qəfildən ölkənin cənubunda qoşunların döyüş hazırlığının yoxlaması elan olunub.

AzNews.az "RİA Novosti”yə istinadən xəbər verir ki, yoxlamaya təxminən 6000 hərbçi və 1500 texnika cəlb olunub.

"CHD qoşunlarının komandanı Krasnodar və Stavropol əyalətlərində, Astraxan və Volqoqrad ərazilərində, Karaçayevo-Çerkesii və Adıgeydə yerləşdirilmiş bir sıra birləşmələr və hərbi hissələrdə,həmçinin, Rusiya hərbi bazalarının Ermənistan və Abxaziya respublikalarındakı bölmələrində döyüş hazırlığının qəfildən yoxlamasına start verib”, -deyə məlumatda qeyd olunur.

Yoxlamada başlıca məqsəd bölmələrin təyinat üzrə məsələləri həll etməyə nə dərəcədə hazır olduqlarını yoxlamaq, həmçinin döyüş təliminin səviyyəsini qiymətləndirməkdir. Qəfil yoxlama 20-dən çox qərargah və hərbi idarənin başqa orqanlarını əhata edəcək.
 
Aktual.az
Xəbər 287 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR