Rusiya Dövlət Duması sədrinin Azərbaycana səfərinin tarixi məlum olub

Rusiya Dövlət Duması sədrinin Azərbaycana səfərinin tarixi məlum olub

Rusiya Dövlət Dumasının sədri Vladimir Volodin dekabrın 23-də Azərbaycana gələcək.

Aktual.az-ın məlumatına əsasən, bu barədə Report-un Rusiya bürosu diplomatik mənbələrə istinadən xəbər verir.
Mənbənin məlumatına görə, dekabrın 22-də Dövlət Duması builki son iclasını keçirəcək, növbəti gün spiker V.Volodinin başçılıq etdiyi rusiyalı parlamentarilərdən ibarət böyük nümayəndə heyəti Bakıya gələcək.
Səfər çərçivəsində Dumanın Müstəqil Dövlətlər Birliyi (MDB) və beynəlxalq məsələlər üzrə komitələrinin Milli Məclisin müvafiq komitələri ilə birgə iclaslarının keçiriləcəyi gözlənilir.
Bununla yanaşı, Dövlət Dumasının sədrinin Azərbaycan prezidenti İlham Əliyev və Milli Məclisin sədri Oqtay Əsədovla görüşləri planlaşdırılır.
 
Aktual.az
Xəbər 279 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR