Rusiya Britaniya diplomatlarını deportasiya edəcək

Rusiya Britaniya diplomatlarını deportasiya edəcək

Rusiya Böyük Britaniyanın hərəkətlərinə cavab olaraq ingilis diplomatlarını deportasiya edəcək.

Publika.az "RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov bildirib.
Xatırladaq ki, dünən parlamentdə çıxışı zamanı Britaniyanın baş naziri Tereza Mey 23 Rusiya diplomatının deportasiya ediləcəyini bildirib.
Qərar Böyük Britaniyanın xeyrinə casusluğa görə daha əvvəl ittiham edilmiş Rusiyanın Baş Kəşfiyyat İdarəsinin (QRU) sabiq polkovniki Sergey Skripal və onun qızının Londonda naməlum maddəylə zəhərlənməsi ilə bağlıdır.
"Bu şəxslərin hamısı qeydə alınmayan casuslardır. Onların Britaniyanı tərk etməsi üçün bir həftə vaxtı var. Rusiyaya Skripalla bağlı baş verənləri izah etmək üçün imkan verdik, amma onlar bizə heç bir açıqlama vermədilər ki, Skripalın zəhərlənməsində istifadə edilən qazlar necə Britaniyada peyda olub” - o deyib.
İngilis KİV-nin yazdığına görə, Moskvaya qarşı bir sıra addımların atılması nəzərdən keçirilir.
 
Aktual.az
Xəbər 231 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR