Rusiya Azərbaycanın təhlükəsizlik sistemindən istifadə edəcək

Rusiya Azərbaycanın təhlükəsizlik sistemindən istifadə edəcək

Azərbaycan və Rusiya yaxın zamanlarda Yakutiya ərazisindən keçən "Sila Sibiri" magistral qaz kəmərinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutunun (İSİ) "Robust Noise Monitoring" (RNM) sisteminin istifadəsini müzakirə edəcək.

Aktual.az  bildirir ki, bunu Trend-ə həmin layihəyə yaxın mənbə bildirib.

Məlumatda qeyd olunur ki, birgə layihənin reallaşdırılması üçün zəruri tədbirlər artıq bu il həyata keçiriləcək.

RNM sisteminin tətbiq olunması üçün texniki hazırlıq barədə müqavilə 2015-ci ilin ortalarında İSİ ilə Sankt-Peterburqun Arktika İctimai Elmlər Akademiyası arasında imzalanıb.
 
Aktual.az 
Xəbər 153 dəfə oxunub.



YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR