Rusiya AŞPA-nın sessiyasına yenə nümayəndə heyəti göndərməyəcək

Rusiya AŞPA-nın sessiyasına yenə nümayəndə heyəti göndərməyəcək
  • DÜNYA

Rusiya Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yanvar sessiyasına nümayəndə heyəti göndərməyəcək.

"Report” xəbər verir ki, bunu Rusiya Dövlət Duması sədrinin müavini Pyotr Tolstoy TASS-a müsahibəsində bildirib.
Onun sözlərinə görə, buna səbəb assambleyanın reqlamentində milli nümayəndə heyətlərinin diskriminasiyadan qorunması üçün dəyişikliyin edilməməsidir.
Qeyd edək ki, Krımın ilhaqından və Ukraynanın şərqində baş verən hadisələrdən sonra Rusiyanın AŞPA-dakı nümayəndə heyətinə qarşı sanksiya tətbiq olunub. 2014-cü ilin aprelindən Rusiyanın nümayəndə heyəti AŞPA-da əsas səlahiyyətlərdən, səsvermə hüququndan məhrum edilib. 2015-ci ildə assambleyada Rusiya nümayəndə heyətinin səlahiyətlərinin bərpası məsələsi iki dəfə gündəliyə çıxarılsa da sanksiya qüvvədə qalıb.
Xatırladaq ki, AŞPA-nın sessiyası yanvarın 22-26-da keçiriləcək.
 
Aktual.az
Xəbər 287 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR