Rusiya 9 KİV-i xarici agent elan etdi – SİYAHI

Rusiya 9 KİV-i xarici agent elan etdi – SİYAHI
  • DÜNYA

Rusiyanın Ədliyyə Nazirliyi ölkədə fəaliyyət göstərən 9 KİV-i xarici agent funksiyalarını icra edən orqan kimi tanıyıb.

Trend-in məlumatına görə, nazirlik bu KİV-lərin siyahısını açıqlayıb.
Xarici agentlər siyahısına "Azad Avropa Radiosu/Azadlıq Radiosu”, "Amerikanın Səsi”, "Nastoyaşşeye Vremya” telekanalı, "Sibir. Realii”, "Qafqaz. Realii”, "Idel. Realii”, "Krım. Realii”, "Azadlıq Radiosu”nun tatar-başqırd xidməti və "Faktoqraf” salınıb.
Qeyd edək ki, ötən gün Rusiya Prezidenti Vladimir Putinin fərmanına əsasən Rusiyanın Ədliyyə Nazirliyinə xarici agent funksiyasını daşıyan xarici KİV-lərin reyestrini aparmaq səlahiyyəti verilib.
 
Aktual.az
Xəbər 46 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR