Rus futbolçuya 25 milyon avroluq təklif

Rus futbolçuya 25 milyon avroluq təklif

DÇ-2018-də ulduzu parlayan Rusiya millisinin gənc futbolçusu Aleksandr Qolovinin "Çelsi"yə transferi həll olmaq üzrədi.

Aktual.az komanda.az-a istinadən bildirir ki, transfer hüququ Moskva ÇSKA-sına məxsus olan yarımmüdafiəçi dünya çempionatında sərgilədiyi uğurlu oyunu ilə Avropa nəhənglərinin diqqətini çəkdi. "Yuventus" bu sevdadan əl çəksə də, "Çelsi" danışıqları davam etdirir. Danışıqların yaxın günlərdə müsbət sonluqla nəticələnəcəyi gözlənilir.
Keçid baş tutsa, London klubu ruslara 25 milyon avro ödəyəcək.

22 yaşlı Qolovin ötən mövsüm ÇSKA-da 43 rəsmi oyuna çıxıb, 7 qol və 6 məhsuldar ötürməylə yadda qalıb.
 
Aktual.az 
Xəbər 539 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR