Rumen Radevin rəsmi qarşılanma mərasimi oldu

Rumen Radevin rəsmi qarşılanma mərasimi oldu

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin oktyabrın 13-də rəsmi qarşılanma mərasimi olub.

Aktual.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Bolqarıstan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Bolqarıstan Prezidenti Rumen Radevi və xanımı Desislava Radevanı qarşılayıblar. Fəxri qarovul dəstəsinin rəisi Bolqarıstan Prezidentinə raport verib.
Bolqarıstanın və Azərbaycanın dövlət himnləri səslənib.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.
Azərbaycanın və Bolqarıstanın dövlət və hökumət nümayəndələri prezidentlər və birinci xanımlar ilə görüşüblər.
Prezidentlər və birinci xanımlar rəsmi foto çəkdiriblər.
 
Aktual.az 
Xəbər 238 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR