Ruhi xəstə olan DÖVLƏT BAŞÇILARI: övladını öldürən, ağacla danışan, məşuqəsini... - FOTOLAR

Ruhi xəstə olan DÖVLƏT BAŞÇILARI: övladını öldürən, ağacla danışan, məşuqəsini... - FOTOLAR

Çox adam hesab edir ki, ABŞ prezidenti Donald Trampın ekstravaqant, qeyri-adi davranışları onun psixikasında problem olduğuna dəlalət edir. Daha tez-tez səslənən bu fikirlər barədə jurnalistlər, siyasətçilər və peşəkar psixiatrlar yazırlar. Bəs tarix bu barədə nə deyir? Psixi sağlamlığı şübhə altında olan hökmdarların aqibəti necə olub?


Publika.az bu barədə tanınmış ingilis tarixçisi Riçard Evansın Foreign "Policy” jurnalındakı qeydlərini oxucuların diqqətinə çatdırır:

Don Culius Sezar d`Ostria

Roma İmperiyasının imperatoru İkinci Rudolfun oğlu Don Culios Sezar öz nökərləri üzərinə hücum etmək, mebelləri dağıtmaq, uzun, rabitəsiz nitqlə çıxış etmək və s. qeyri-adekvat əməllərilə məşhurlaşmışdı. Axırda öz məşuqəsinə ölüm həddinə çatdıracaq qədər əziyyət verir və bir neçə gün onun qanı ilə çirklənmiş köynəyi ilə gəzir. Bununla da atanın səbri bitir və İkinci Rudolf oğlunun qətlinə fərman imzalayır.

Avstro-Macarıstanın imperatoru I Ferdinand


Uşaqlıqdan ləng inkişafı və idarəolunmaz hiddətlənmələrilə seçilirdi. Müasir tədqiqatçılar bunu tibbi səbəblərlə izah edirlər: onun valideynləri yaxın qohum - əmi uşaqları idilər.

1835-ci ildə taxta çıxan zaman ölkəni idarə etmək üçün xüsusi Şura yaradıldı, çünki aydın idi ki, bu iş Ferdinanda həvalə oluna bilməzdi. Lakin Şuranın yaradılması qərarı da 1848-ci ildə baş verən inqilabın qarşısını ala bilmədi.

IX əsrin əvvəllərinin Britaniya monarxları


Qeyri-adekvat davranışların təməlini burada III Georq qoydu. Müəyyən müddət onun qəribəliklərinə dözdülər, lakin o, ağaclarla danışmağa başlayandan sonra saray qərar verir ki, bu, artıq sondur və onun hamisini təyin edir, hansı ki, IV Georq adı ilə taxta çıxır.

III Georq üçün isə çox şey dəyişmədi, onun həyatında 3 nəsnə maraqlı idi: tiryək, spirtli içkilər və yeməklər. Ömrünün sonunda çəkisi təxminən 140 kiloqram olmuşdu.

Onu əvəzləyən IV Georq Uilyam da sarayın ümidlərini doğrultmur. O, saatlarla məqsədsiz olaraq küçələri dolaşır, təsadüfi yoldan ötənlərə müraciət edərək deyirdi: "Bunu biləsiz ki, mən kralam!”.

Tarixçilər hesab edirlər ki, Britaniya Monarxiyası onun tarixinin bu qara səhifələrini ona görə xətasız yaşaya bildilər ki, bu məqama qədər ingilis kralları artıq real hakimiyyətdən məhrum edilmişdilər.

Bavariya kralı Otto

19-ci əsrin ortalarında hakimiyyətə gələrkən Kral Otto depressiyadan başqa yaxşı heç nə tapmadı. Son illərini isə ilkin səbəb – sifilis müəyyən edilmiş qıcolmada keçirdi.

Bu hadisədən sonra demək olar ki, bütün Avropa ölkələrində zəruri hallarda kralları asanlıqla dəyişməyə imkan verən qanunlar qəbul edilmayə başladı. Ona görə də, 1936-ci ildə ingilis kralı VIII Edvard ənənəni pozaraq amerikalı (üstəlik boşanmış) xanımla evlənmək istəyərkən onu dərhal qardaşı - indiki kraliçanın atası ilə əvəzlədilər.

Riçard Evans qeyd edir ki, Donald Tramp psixoloji pozğunluğu əks etdirən hərəkətlərilə düşünməyə əsas verir.


Məhz:

·O, emosiyalarına demək olar ki nəzarət etmir;

·Həmçinin öz şifahi nitqinə və yazılı fikirlərinə də önəm vermir;

·Vaxtaşırı ətrafdakı insanlara qəribə reaksiya verir;

·Yalnız dar çərçivədə - müşavirlərə və qohumlara etibar edir;

·Tarixi və coğrafi adları, soyadları, eyni zamanda hadisələrin xronoloıi tarixlərini tez-tez səhv salır.

"ABŞ-ın 45-ci prezidenti nəzərə almalıdır ki, Avropa monarxlarının oxşar durumları hansı fəsadlara gətirib çıxarmışdı”, - deyə son olaraq Riçard Evans qeyd edir.

 

 
Aktual.az
Xəbər 725 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR