Ruhani İranın yeni hərbi texnikası ilə tanış olub

Ruhani İranın yeni hərbi texnikası ilə tanış olub

İran Prezidenti Həsən Ruhani ölkənin Müdafiə Nazirliyinin son iki il ərzində istehsal etdiyi hərbi texnikanın nümayiş olunduğu sərgidə iştirak edib.

Trend-in məlumatına görə, H.Ruhani "Kosar” milli təlim təyyarəsi, "Mohajer-6” taktiki pilotsuz uçuş aparatı, "Nasir” gəmi əleyhinə qanadlı raketi və "hava-hava” tipli "Fakor” raketi ilə tanış olub.

Bundan başqa, İran prezidenti "Qaher-313” qırıcısının uçuşa hazırlıq mərasimində də iştirak edib.
 
Aktual.az
Xəbər 488 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR