Ronaldu ardıcıl üçüncü dəfə dünyada birinci oldu

Ronaldu ardıcıl üçüncü dəfə dünyada birinci oldu

"Real"ın və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu dünyanın ən populyar idmançısı seçilib.

Aktual.az goal.az-a istinadən xəbər verir ki, portuqaliyalı ulduz ardıcıl üçüncü dəfə ESPN-in sorğusunda qalib olub. Sorğu istiqamətinə  idmançıların reklam müqvilələri, sosial şəbəkələrdəki izləyici sayı və s. daxildir. 
Dünyanın ən populyar idmançıları siyahısında ikinci yerdə "Klivlend"in basketbolçusu Lebron Ceyms qərarlaşıb. İlk "üçlüy"ü isə "Barelsona"nın forvardı Lionel Messi qapayır. 
İlk "10-luq"da həmçinin Neymar (futbol, PSJ), Rodjer Federer (tennis), Tayqer Vuds (qolf), Kevin Dyurent (basketbol, "Qolden Steyt"), Rafael Nadal (tennis), Stefen Kerri (basketbol, "Qolden Steyt") və Fil Mikelson (qolf) yer alıb.


Aktual.az

Xəbər 586 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR