Ronaldinyo karyerasını başa vurdu

Ronaldinyo karyerasını başa vurdu
  • İDMAN

Braziliya yığmasının sabiq futbolçusu Ronaldinyo 37 yaşında karyerasını başa vurub.

Aktual.az Trend-ə istinadən bildirir ki, bu məlumatı onun qardaşı və eyni zamanda agenti Roberto De Assis təsdiqləyib.
"O karyerasını başa vurdu. Biz avqustda 2018-ci il Dünya Çempionatından sonra onun üçün əhəmiyyətli bir şey edəcəyik. Braziliya, Avropa və Asiyada müxtəlif tədbirlər keçirəcəyik və, təbii Braziliya yığmasının iştirakı ilə matç təşkil edəcəyik", deyə Assis bildirib.

Braziliyalı futbolçu Fransanın PSJ, İspaniyanın "Barselona", İtaliyanın "Milan" komandalarında çıxış edib. Ronaldinyo iki dəfə İspaniya (2005, 2006) və bir dəfə İtaliya çempionu (2011) olub. "Barselona"nın tərkibində 2006-cı ildə "Çempionlar Liqası"nı qalibi adını qazanıb. 2005-di ildə "Qızıl top" mükafatını alıb.
Braziliya yığması ilə 2002-ci ildə dünya çempionu olub. Yığmada 96 oyun keçirən futbolçu 33 qol vurub.
 
Aktual.az 
Xəbər 462 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR