Rəsmi Bakı atəşkəs üçün şərtlərini açıqladı

Rəsmi Bakı atəşkəs üçün şərtlərini açıqladı

“Azərbaycan Respublikası atəşkəsə hazırdır”.

Aktual.az APA-ya istinadən xəbər verir ki, bu sözləri Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev Ermənistan prezidenti Serj Sarkisyanın atəşkəs haqqında açıqlamasına cavab olaraq deyib. Onun sözlərinə görə, ilk olaraq Azərbaycan tərəfindən əks-həmlə və cavab tədbirlərinin birtərəfli qaydada dayandırılması barədə 3 aprel 2016-cı il tarixində qərar qəbul edilib: “Azərbaycan tərəfinin bu sülhpərvər və xoşməramlı niyyətinə baxmayaraq, Ermənistan silahlı qüvvələri yaşayış məntəqələrini və mülki şəxsləri hədəfə alaraq, qoşunların təmas xətti boyunca Azərbaycan ordusunun mövqelərini atəşə tutmaqda davam edir. Azərbaycan Respublikası atəşkəsə hazırdır. Lakin, Ermənistan qoşunları BMT+Təhlükəsizlik+Şurası">BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, bütün işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmalı və Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi təmin olunmalıdır.

Azərbaycan dəfələrlə bəyan edib ki, atəşkəsin pozulması və gərginliyin yaranmasının əsas səbəbi Ermənistan qoşunlarının işğal edilmiş Azərbaycan ərazilərində mövcudluğudur”.

Xəbər 636 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR