"Rəqs edən milyonçu"nun borcu var imiş - 10 milyon avro

  • DÜNYA

İnstaqramda "rəqs edən milyonçu” kimi məşhurlaşan, 8 milyondan çox izləyicisi olan dünya şöhrətli italiyalı rəqqas Canluka Vakkinin xeyli borcunun olduğu iddia edilir.

Publika.az xarici KİV-ə istinadən bildirir ki, 50 yaşlı milyonçunun şirkətinin İtaliyadakı 4 banka ümumilikdə 10,5 milyon avro kredit borcu olduğu aşkarlanıb.

Banklar bəyan ediblər ki, Vakki uzun müddətdən bəri ödənişləri həyata keçirmədiyindən onun Sorrentodakı villasına və iki yaxtasına ən yaxın günlərdə həbs qoyula bilər.
Villa ilə yaxtaların müsadirə olunacağı da vurğulanır.
 
Aktual.az
Xəbər 344 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR