""Reina"da 3 terrorçu vardı, biri qadın idi" - Sağ qalan turist

  • DÜNYA

İstanbulda Yeni il gecəsi "Reina" gecə klubunda olan Səudiyyə Ərəbistanı vətəndaşı Hasan Kaşıkçı klubda insanlara atəş açan terrorçuların 3 nəfər olduğunu bildirib.

Aktual.az  APA-ya istinadən xəbər verir ki, "Al Arabiya" telekanalına müsahibə verən H. Kaşıkçı deyib ki, terror aktından 40 dəqiqə əvvəl həyat yoldaşı Məryəmlə  "Reina" gecə klubuna gedib.
 
Səudiyyə Ərəbistanının məşhur iş adamı Adnan Kaşıkçının qardaşı oğlu olan H. Kaşıkçı bildirib ki, gecə klubunda qəfil atəş səsləri gəlməyə başlayıb. H. Kaşıkçı gecə klubunda atəş açanların 3 nəfər və onlardan birinin qadın olduğunu söyləyib. Terrorçular tək-tək masalara yaxınlaşıb, həmin masa ətrafında olanları güllələdikdən sonra digər masalara yönəliblər. H. Kaşıkçı və həyat yoldaşı Məryəm dənizə atılaraq xilas olublar. Səudiyyə Ərəbistanından olan başqa bir qız isə dənizə atılmaq istəyərkən güllələnib. H. Kaşıkçı və həyat yoldaşı sudan çıxdıqdan sonra bir anbara sığınıb, dərhal Ciddədəki qardaşına zəng edib, polis tərəfindən xilas edilmələrini gözləyiblər. Səudiyyə Ərəbistanının rəsmiləri Türkiyə polisi ilə əlaqə saxlayıb, H. Kaşıkçı və həyat yoldaşının olduğu anbar barədə məlumat veriblər. H. Kaşıkçı anbarda gizlənərkən çəkdiyi bir vedeogörüntünü də paylaşıb.
 
Aktual.az 
Xəbər 563 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR