“Reina” terrorçusunun sağ tutulması nəyə səbəb ola bilər?

“Reina” terrorçusunun sağ tutulması nəyə səbəb ola bilər?
  • DÜNYA

"Reina” gecə klubunda qətliam törədən İŞİD terrorçusunun canlı ələ keçirilməsindən sonra hansı addımların atılacağı maraqlıdır.

Publika.az xəbər verir ki, təhlükəsizlik üzrə türkiyəli mütəxəssis Mete Yarar terrorçunun əlaqələrinin ortaya çıxa biləcəyini deyib.

"Terrorçunun sağ ələ keçirilməsi çox əhəmiyyətlidir. Onun bağlantılarını ortaya çıxarmaq mümkündür. Çünki "Reina” qətliamı İŞİD-in terror dəsti-xəttinə uyğun gəlmir. Bu baxımdan, sağ tutulan terrorçunu danışdırmaqla bir çox şeylərə aydınlıq gətirilə bilər. Bu şəxs gecə klubuna necə girdi, kimlər ona dəstək verdi? Açıq qalan suallar var və bunların cavabı mütləq tapılmalıdır”, - deyə o bildirib.
 
Aktual.az
Xəbər 401 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR