"Reina" qatilinin qiyməti — Terror üçün 150 min dollar

  • DÜNYA

İstanbulda yeni il gecəsi "Reina" gecə klubunda 39 nəfəri qətlə yetirən terrorçu bu qətliama görə 150 min dollar mükafat almalı imiş.

Ölkə.Az xəbər verir ki, türk polisinin Silivridə (İstanbulda səmt) həyata keçirdiyi əməliyyat nəticəsində 150 min dollar ələ keçirilib. Pul terrorçuya hücumdan sonra veriləcəkmiş. Amma polisin güclü nəzarəti səbəbindən "Reina" qatilinə pul çatdırılmayıb.

Polisin qənaətinə görə, hücum İŞİD terror aktları ilə uyğun deyil və heç bir ideoloji səbəbi yoxdur. Terrorçu sırf maddi sıxıntıları olduğu üçün bu yola əl atıb.

Hücuma görə saxlanılan B.A. adlı şəxs ifadə verərək Ebu Muhammed Horasani adlı şəxs həyat yoldaşı F.A.-nı 2017-ci il 2 yanvar tarixində Esenyurt səmtindən Pendikdəki evinə gətirib. 2017-ci ilin 5 yanvar tarixində Silivridə bir ünvanda terrorçuya məxsus 150 min dollar ələ keçirilib.
 
Aktual.az
Xəbər 533 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR