"Reina" qatilinin qandoduran ifadəsi — Hərəkətimdən peşman deyiləm

  • DÜNYA

"Reina" gecə klubunda yeni il gecəsi 39 nəfəri qətlə yetirən terrorçu Abdulkadir Maşaripov hakim qarşısına çıxıb

"Ölkə.Az" xəbər verir ki, terrorçunun qandonduran ifadəsi ortaya çıxıb. İfadəsində son sözünün nə olduğu soruşulan Abdulkadir törətdiyi əməldən peşman olmadığını bildirib: "Niyə mənim Türkiyə əleyhinə işlədiyimi deyirlər? Türkiyəyə qarşı heç bir hərəkət etmədim. Qisas aldığımı düşünürəm".

Kluba ölmək üçün girdiyini bildirən terrorçu haqqında edam hökmünün verilməsini tələb edib.

Maşaripov deyib: ""Reina" hadisəsindən əvvəl heç bir aksiyada iştirak etməmişəm. Dünyada xristianların qətlə yetirdikləri müsəlmanların qisasını almaq məqsədi ilə onların bayram günü bir terror aksiyası həyata keçirmək istədim. Məqsədim xristianları öldürmək idi".

Aktual.az
Xəbər 498 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR