Rəhbər vəzifələrdə çalışan qadınların sayı açıqlandı

Rəhbər vəzifələrdə çalışan qadınların sayı açıqlandı

"Azərbaycanda dövlət qulluğu üzrə yardımçı vəzifələrə daha çox qadınlar işə götürülür".

Aktual.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "Dövlət qulluğunda gender bərabərliyi üzrə kurikulum” vəsaitinin təqdimatında mərasimində deyib. O bildirib ki, bütün növ imtahanlarda qadınlar kişilərlə bərabər bilik və bacarıq səviyyəsi nümayiş etdirirlər: "Hətta bəzi qadınlar kişilərlə müqayisədə yüksək nəticə əldə edirlər. Noyabrın 23-də dövlət qulluğuna qəbulla bağlı keçirilən imtahanda iştirak edənlərin 55 faizi kişilərdisə, qalanı qadınlar olub. Sertifikat alanların 50 faizi isə qadınlardır. Qadınlar əsasən ehtiyat kadr kimi sistemə daxil olur".

M. Abbaszadə qeyd edib ki, hazırda inzibati rəhbər vəzifələrində çalışan dövlət qulluqçularının sayı 3 111 nəfərdirsə, onun 17,01 faizi qadınlardır: "Amma yardımçı vəzifələrdə çalışanların statistikasına baxdıqda bu rəqəmin 44 %-nin qadınların payına düşdüyünü görürük".

Xəbər 984 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR