“Real Madrid”in yeni baş məşqçisinin illik maaşı bu qədər olacaq

“Real Madrid”in yeni baş məşqçisinin illik maaşı bu qədər olacaq

"Real Madrid” futbol klubunun yeni baş məşqçisi Xulen Lopeteqinin müqaviləsinin təfərrüatları açıqlanıb.

AZƏRTAC xəbər verir ki, təcrübəli mütəxəssisin "kral klubu”nda illik maaşı 6 milyon avro olacaq.
O, madridlilərin əzəli rəqibləri "Barselona” və "Atletiko”nun məşqçi həmkarları - Ernesto Valverdeden 12 milyon, Dieqo Simeonedən isə 14 milyon az qazanacaq.
Qeyd edək ki, Lopeteqi dünya çempionatının startına bir gün qalmış İspaniya yığmasından qovulmuş və "Real Madrid” klubu ilə müqavilə bağlamışdı.

Aktual.az
Xəbər 555 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR