“Real Madrid”in futbolçusu irqçilikdə günahlandırılır

“Real Madrid”in futbolçusu irqçilikdə günahlandırılır
  • İDMAN

İspaniyanın "Real Madrid” klubunun futbolçusu Daniel Karvahal irqçilikdə günahlandırılır.

Aktual.az-ın xəbərinə görə, bu barədə Report "Mundo Deportivo”ya istinadən məlumat verir .
Məlumata əsasən, 25 yaşlı sağ cinah müdafiəçisi La Liqanın III turunda "Levante” ilə görüş zamanı rəqibin qaradərili oyunçusu Cefferson Lermaya qarşı kobud oynayıb. Karvahal daha sonra Lermanı "meymun" adlandırıb.
Görüşün baş hakimi Alexandro Xose Ernandes ispaniyalı futbolçunun sözünü eşitməsə də, qayda pozuntusuna görə onu sarı vərəqə ilə cəzalandırıb. Lakin La Liqa rəhbərliyi insidentlə bağlı araşdırma başlatmaq niyyətindədir.
Qeyd edək ki, Daniel Karvahal bu gün yetirməsi olduğu "Real Madrid”lə müqaviləsinin müddətini 30 iyun 2022-ci ilə qədər uzadıb. Onun mövcud sözləşməsi 2020-ci ilədək nəzərdə tutulmuşdu. 
 

Aktual.az

Xəbər 421 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR