"Real Madrid" - "PSJ" matçına biletlər 37 dəqiqəyə satılıb

  • İDMAN

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində "Real Madrid" və "PSJ" arasında keçiriləcək ilk matçın biletləri 37 dəqiqəyə satılıb.

Aktual.az Trend-ə istinadən bildirir ki, hazırda biletlər yalnız müxtəlif proqramlarda ikinci əldən satılır. Məsələn, "StubHub"da qiymətlər 300 - 24080 avro arasında dəyişir.
Madrid klubu dəfələrlə bu kimi təşəbbüslərə qarşı çıxıb. Bundan əlavə, əldən bilet alan fanatların stadiona girişinə zəmanət verilmir.
Qeyd edək ki, "Real Madrid" - "PSJ" matçı fevralın 14-də "Santyaqo Bernabeu" stadionunda baş tutacaq. Cavab görüşü martın 6-nda "Park de Prens" də keçiriləcək.
 
Aktual.az
Xəbər 446 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR